Bakıda qumarxana aşkarlandı

6

 

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhərində müvəqqəti qeydiyyatda olan Türkiyə vətəndaşı Ateş Ali İsa Şerafeddin oğlunun və Mingəçevir şəhər sakini Fariz Nuriyevin Nəsimi rayonu ərazisində yerləşən “Çalıkuşu” kafesində qumar oyunları təşkil etmələri müəyyən edilib.

Xalq.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, kafeyə baxış zamanı 9 qutu hər biri 36 ədəd və 13 qutu hər biri 106 ədəd oyun kartları, 86 ədəd oyun fişləri, 1 dəst “Okey” daşları, 69 manat məbləğində qumar oyunlarına qoyulan pul aşkar olunaraq götürülüb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhərində müvəqqəti qeydiyyatda olan Türkiyə vətəndaşı Yıldırım Kənan Şükrü oğlunun Nəsimi rayonu ərazisindəki “Parpali” kafesində də qumar oyunları təşkil etməsi müəyyən edilib.

Kafeyə baxış zamanı 2 dəst hər biri 106 ədəd oyun kartları, 1 dəst oyun kuponu, 433 manat, 200 ABŞ dolları məbləğində qumar oyunlarına qoyulmuş pul aşkar olunaraq götürülüb.