Bakıda Rusiya bayrağı endirildi

Kemerovo vilayətində baş vermiş yanğında çoxlu sayda insanın ölməsi ilə bağlı Rusiyada matəm elan olunub.

Xalq.az xəbər verir ki, bununla bağlı Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb.

Sərəncamla ölkə daxilində və xaricində rəsmi dövlət inzibati binalarının üzərindəki Rusiya bayraqları endiriləcək.
Matəmlə bağlı Rusiyanın Bakıdakı səfirliyində də bayraqlar endirilib.

Qeyd edək ki, martın 25-da Kemerovo şəhərindəki “Qış albalısı” Ticarət Mərkəzində yanğın baş verib. Nəticədə 41-i uşaq olmaqla 64 nəfər ölüb.