Bakıda səfirin iş otağından 35 min ABŞ dolları oğurlandı

Bakıda iş otağından oğurluq edilən şəxs səfirdir.

XALQ.AZ-ın xəbərinə görə, Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelanayın iş stolunun siyirməsindən 35 255 ABŞ dolları (59 933 manat) oğurlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. (report)