Bakıda şəhid polkovnikin cənazəsinin qarşılanması üçün yürüş olub

8034dd48 7f9f 38cc 8ed2 6d4db9798cc7

Bakı sakinləri şəhid polkovnik İlqar Mirzəyevin cənazəsini qarşılamaq üçün yürüş ediblər.

XALQ.AZ xəbər verir ki, Xətai və Nizami rayonunda yüzlərlə  insan bir neçə küçə boyunca yürüş edərək “Şəhidlər ölməz, vətən bölünməz” şüarını səsləndiriblər.

Qeyd edək ki, İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib. Düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun hərbçiləri qəhrəmancasına şəhid olub.