Bakıda sərgi keçirələck

 

14

Oktyabrın 23-dən 26-dək Bakıda V yubiley Beynəlxalq istilik, havalandırma və kondisiyalaşdırma sistemləri, su təchizatı, sanitariya, ətraf mühitin mühafizəsi texnologiyaları, üzgüçülük hovuzu və bərpaolunan enerji (“Aqua-Therm Baku-2013”) sərgisi keçiriləcəkdir.
Xəzər regionunun ən böyük sərgi və konfranslarının təşkilatçısı “Iteca Caspian LLC” şirkətindən Xalq.az  bildirmişlər ki, ekspozisiyaya istilik sistemləri, izolyasiya materialları, havalandırma sistemləri və bir sıra digər məhsullar daxildir. Bu il “Aqua-Therm Baku” sərgisi öz meydançasında Azərbaycan, İran, İspaniya, İtaliya, Rusiya, Türkiyə, Fransa və digər ölkələrdən 60-dan çox şirkəti bir araya gətirəcəkdir. “Aqua-Therm Baku” sərgisi Bakı Ekspo Mərkəzinin ikinci və dördüncü zallarında keçiriləcək və həm sərgi sahəsinin genişliyi, həm də zəngin ekspozisiya baxımından fərqlənəcəkdir.