Bakıda sahibkarın qənimi olan qadın tutuldu (FOTO)

55

Bakıda dələduzluqla məşğul olan qadın tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Xalq.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Rübabə Quliyeva tutulub.

Qadın Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Qeyd edək ki, R.Quliyeva bir neçə sahibkarın etimadını qazanaraq, onların külli miqdarda pulunu dələduzluq yolu ilə alıb