“Bakıda Soyqırımı muzeyi yaradılsın!” – Deputat çağırış etdi

“Dəfələrlə həm Soyqırımı abidəsinin, həm də Soyqırımı muzeyinin yaradılması təklif edilib. Lakin bununla bağlı addım atılmayıb”.

XALQ.AZ xəbər verir ki, bunu Modern.az-a deputat Flora Qasımova söyləyib. O bildirib ki, xüsusilə, Soyqırımı muzeyinin açılmasına böyük ehtiyac var:

“Çünki soyqırımı haqqında abidələr şəhərin müxtəlif yerlərində var. Amma Bakıda muzey yoxdur. Təklif edərdim ki, Şəhidlər Xiyabanının yuxarı hissəsində, Azərbaycan Televiziyası ilə yanaşı, Soyqırım muzeyi yaradılsın.

Mən Qubada yerləşən Soyqırımı muzeyində olmuşam. Həqqiətən, çox informativ, önəmli məlumatlarla zəngin məkandır. Ona görə, düşünürəm, belə bir muzey Bakıda da yaradılmalıdır. XX əsrdə Azərbaycan xalqının başına gətirilən soyqırımıları ümumilikdə orada əhatə olunmalıdır. 1905-1907-ci illərdən tutmuş, əsrin sonunda başımıza gətirilən bütün müsibətlər haqqında orada məlumat verilməlidir”.

 

Orxan


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.