Bakıda tədbir keçirilib

MDB Parlamentlərarası Assambleyası Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun (PAA DİMBİ) Bakı filialı tərəfindən Bakıda “Azərbaycan Respublikasında insan və vətəndaşın hüquq və azadlıqlarının müdafiəsi sahəsində dövlət dəstəyi” mövzusunda tədbir keçirilib.

 

XALQ.AZ xəbər verir ki, tədbirdə müxtəlif ictimaiyyət və elm xadimləri,  professor-müəllim heyəti, ekspertlər, ziyalılar, müxtəlif QHT nümayəndələri, KİV-lər, TÜRK PA-dan olan nümayəndələr və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasında insan hüquqlarının təşəkkül və inkişaf tarixi, bu sahədə həyata keçirilən islahatlar, beynəlxalq təşkilatlarla əməkdaşlıq nəticəsində qəbul, ratifikasiya və implementasiya edilən qanunlar, əldə olunan təcrübə barədə geniş müzakirələr aparılmış və MDB PAA DİMBİ Bakı filialının hazırladığı broşuralar (paylama materialları) iştirakçılara paylanılıb.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.