Bakıda tibb mərkəzi qarət olundu

Qaret

Bakının Xətai rayonunda tibb mərkəzi qarət olunub. Bu barədə polisə ötən gün saat 18:00 radələrində məlumat veriblər.

Xətai rayon Polis İdarəsi 36-cı polis bölməsindən Xalq.az-a verilən məlumata görə, oğurluq hadisəsi Məhəmməd Hadi küçəsi, 2942-ci məhəllə 53 saylı ünvanda yerləşən “Dialab” Tibb Mərkəzindən edilib. Müəssisədən xeyli miqdarda pul və tibbi ləvazimat oğurlanıb.

Şikayətdə bildirilib ki, “Dialab” Tibb Mərkəzinin xəzinəsinin seyfindən 5 mindən çox pul oğurlanıb. Bundan başqa, mərkəzin otaqlarından qiymətli tibbi ləvazimatlar oğurlanıb.

Faktla bağlı istintaq qrupu əməliyyata başlayıb. Araşdırma aparılır.