Bakıda toyda faciə-Video

Bakıda gəlin maşınını müşayiət edən avtomobil aşıb.

Report xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, Ziya Bünyadov prospektində 6 avtomobildən ibarət kortej gəlin gətirməyə gedib. Kortejdəki “Hyundai” markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkət edərək tuneldə eyni vaxtda 5 avtomobili ötmək istəyib. Nəticədə “Hyundai” beton yolayrıcına çırpılaraq aşıb.
Aşan avtomobilin sürücüsü xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
Prospektin əsas tunelində tıxac yaranıb. Yoldan keçən avtomobil sürücülərinin köməkliyi ilə “Hyundai” yol kənarına çəkilib.
Toy karteji yoluna davam edib.
Bakıda toy korteji qəza törədib: Yaralananlar var  - VİDEO