Bakıda üçəmlər dünyaya gəldi-Video

Bakıda yaşayan Vəliyevlər ailəsinin sevincinin həddi- hüdüdu yoxdur.

XALQ.AZ xəbər verir ki, ailə 3 illik həsrətin sonunda 3 gözəl qız övladın dünyaya gəlişi sevincini yaşayır. Dövlətimizə və dövlət başçısının ailəsinə böyük sevgi bəsləyən ailə üçəmlərə Mehriban, Leyla və Arzu adlarını verib.

Üçümləri görmək üçün News24.az olaraq, ailəni ziyarətə getdik. İlk qarşılaşdığımız mənzərə bu sevinci ailənin yaşadığı maddi sıxıntıları bir az kölgədə qoyması oldu… Yenicə dünyaya göz açan qızcığazların anası Xanım Vəliyevanın sözlərinə görə, onların evləri yoxdur, müəyyən ehtiyaclarını ödəmək üçün isə heç bir sosial yardım almırlar.

Ailənin maddi vəziyyəti nə qədər pis olsa da, 3 körpənin verdiyi xoşbəxtlik gözlərindən oxunur.
Onu da qeyd edək ki, üçəmlər Mama – Ginekoloq Sevinc Sevdimalıyevanın nəzarəti ilə dünyaya gəlib.

 

Orxan


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.