Bakıda “ Villa Inn ” otelinin açılışı olub

Fevralın 9-da Bakı şəhərində “Villa Inn” otelinin açılışı keçirilib. Tədbirdə Azərbaycan Turizm Assosiasiyasının, SKAL-ın üzvləri və mətbuat nümayəndələri iştirak ediblər. 

“Villa Inn ” otelinin baş meneceri Turqay Arı qonaqları salamlayaraq onlara turistlər üçün yaradılmış müxtəlif imkanlar haqqında ətraflı məlumat verib. Turqay Arı bildirib ki, “Villa Inn” otelində tam peşəkar komanda işləyir və oteldə qalan qonaqlara Azərbaycanı daha yaxından tanımaq üçün ekskursiyalar da təşkil olunacaq. Otelin qonaqlarına əvvəlcədən fərdi olaraq ekskursiya proqramları hazırlanacaq və onların e-mail ünvanlarına göndəriləcək.

Təsdiq olunmuş proqramın həyata keçirilməsində qonaqlara otelin peşəkar komandası tərəfindən hər bir dəstək göstəriləcək. “Villa Inn ” otelinin peşəkar komandası Azərbaycanda turizmin işkişafına öz töhvəsini verəcək.

“Villa Inn” otelində beynəlxalq standartlara cavab verən hər bir şərait yaradılıb. Otelin 39 otaq nömrəlerinden “ 2 Adeti Business suit ”, “ 1 Adeti Juniour suit ” ,“ 21 adeti Superior” və “ 15 Adeti Standart ” otaqlardan teşkil olunmuştur.. Otelin her iki restorantı da ( Villa Restoran ve Villa Terrace lounge) həftənin 7 günü 24 saat fəaliyyət göstərir. Otelin restoranında peşəkar aşpazlar tərəfindən Azərbaycan və Avropa mətbəxinin təamları hazılanır. Villa Inn oteli konaqlarının yay mövsümünde çoxluqla istifade edeceği böyük teras ve baxçayla temin olunmuştur.Otelde qonaqların istifadəsinə pulsuz Wi Fi, Biznes otaqlar və konfrans zalında görüşlər də daxildir. Oteldə qiymətlər iki nəfərlik standart otaqlarda bir nəfər üçün 30 AZN-dən başlayacaq. Otel www.booking.com və digər sistemlərə qoşulub.

Qeyd edək ki, “Villa Inn” oteli Teymur Əliyev küçəsi ilə paralel hindistan sefirliginin qarşısında Ceyhun Hacıbəyli küçəsi 125 ünvanda yerləşir. Otelin fəaliyyəti ilə daha ətraflı məlumat almaq üçün _012 310 3929 veya 050 383 4004 telefon nömrəlerine zəng vurmaq ve www.villainnhotel.com – info@villainnhotel.com adreslerden malumat almak elektron posta göndermek mümkün olacaqtır.