Bakıda xəstəxanada 6 aylıq körpə pnevmoniyadan öldü

dceb633c 4471 3406 95a4 c4b09b82d19f 850

Bakıdakı xəstəxanalardan birində körpə ölüb.

XALQ.AZ xəbər verir ki, hadisə Nəsimi rayonunda yerləşən Əbülfəz Qarayev adına 2 saylı uşaq xəstəxanasında qeydə alınıb. Burada 6 aylıq Ə.Əliyarlı pnevmoniya və tənəffüs çatışmazlığından ölüb.

Faktla bağlı araşdırma aparılır.

Onun COVID-19-a yoluxub-yoluxmadığı da araşdırılır.