Bakıda xəstəxanada yer olmadığı üçün daha bir həkim COVİD 19-dan öldü

karantin koronavirus

Bakıda 25 saylı poliknikanın koronavirusa yoluxan həkimi evdə boğularaq ölüb.  

XALQ.AZ xəbər verir ki, poliknikanın şöbə müdiri Aida İsmayılova bir neçə müddətdir COVİD 19 xəstəliyinə yoluxub. Bakıda xəstəxanalarda yer olmadığı üçün həkimə Astarada karantində qalmağı təklif ediblər. Bu halda həkim həmin xəstəxanada müalicə almaqdan imtina edib. Nəticədə evdə özünü müalicə edən Aida İsmayılova tənəffüsündə problem yarandığı üçün  boğularaq dünyasını dəyişib.  TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva  bildirib ki, bu barədə onlara heç bir şikayət daxil olmayıb:

“Hər hansı şəxs xəstəxana şəraitində müalicədən imtina edirsə yazılı halda bu barədə iltizam imzalanır. Konkret dediyiniz halla bağlı TƏBİB-ə şikayət daxil olmayıb”.