Bakıda xəstəxananın zirzəmisi yandı

XALQ,AZ xəbər verir ki, Bakıda xəstəxanalardan birində yanğın baş verib. Bu barədə FHN-dən verilən məlumatda bildirilib.

Məlumata görə, paytaxtın Nərimanov rayonunda yerləşən xəstəxananın zirzəmisində (anbar kimi istifadə olunur) 300 m² sahədə tibbi ləvazimatlar yanıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən xəstəxanada olan xəstələrin təhlükəsizliyi təmin olunmuş və digər təhlükəsizlik tədbirləri görülüb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 

Elgün