Bakıda yeni metro stansiyası tikiləcək

İlk olaraq “B3” stansiyasının istifadəyə verilməsi nəzərdə tutulsa da, “Ağ şəhər” ərazisində yeni metrostansiyasının inşası üçün yer ayrılıb.
XALQ.AZ xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Qeyd edib ki, stansiyanın inşasına nə zaman başlanılacağı ilə bağlı dəqiq tarix yoxdur:
“Sözügedən və şərti olaraq “Y-14” adlanan yeni stansiyanın “Xətai” stansiyasından sonra inşası planlaşdırılır. Bu stansiya üçün nəzərdə tutulan ərazi 2011-ci ilin konseptial inkişaf sxemi əsasında seçilib və hasarlanıb.
Bu xəttin davamı “Y-15”, neftayırma zavoduna yaxın ərazini əhatə edəcək. Digər hissəsi olan “Y-16” isə “Həzi Aslanov 2” stansiyasına birləşəcək. “Həzi Aslanov” stansiyasında da “Memar Əcəmi” stansiyasında olduğu kimi keçid olacaq.
Növbəti stansiyanın inşası Günəşli istiqamətində nəzərdə tutulur və xətt əsas “Y-14” və “YE-15” stansiyalarından başlayıb “Xətai” stansiyası ilə birləşdiriləcək. Bu sxem vasitəsilə gələcəkdə xətlər ayrılan zaman onların müstəqil şəkildə fəaliyyət göstərməsi üçün şərait yaranmış olacaq”.
Orxan

Comments are closed.