Bakıda yol qəzası:1 nəfər ölüb, 2 -si yaralanıb

99

 

 

Bakının Nəsimi rayonu ərazisində, Azadlıq prospektində ağır yol qəzası baş verib.APA TV-nin məlumatına görə, prospektdə hərəkət edən “VAZ 2109” markalı “10 GK 028” dövlət nömrə nişanlı avtomobil yol kənarındakı ağaca çırpılıb. Nəticədə avtomaşını idarə edən sürücü hadisə yerində ölüb. Avtomaşında olan iki sərnişin isə ağır yaralanıb. Yaralılar 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Ölən sürücü deformasiyaya uğrayan maşında sıxılmış vəziyyətdə qaldığından hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. Meyit maşından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.Nəsimi Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, ölən və yaralananalrın kimliyini hələlik müəyyən etmək mümkün olmayıb.Faktla bağlı araşdırma aparılır.