Bakıda yollar bağlanır

 

68

Bakı metrosunun “Qara Qarayev” stansiyası yaxınlığındakı yol müvəqqəti bağlanacaq.

Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə bildirib ki, Nizami rayonu ərazisində Heydər Əliyev Beynəlxalq Hava Limanından Qara Qarayev prospekti istiqamətində gedərkən prospektin metrostansiyaya yaxın hissəsi təmir-tikinti, asfalt örtüyünün yenilənməsi işləri ilə əlaqədər bu gündən qısa müddətə avtomobillərin hərəkəti üçün bağlı olacaq.

Onun sözlərinə görə, istirahət günləri nəzərə alınaraq yol bağlanır.

Bakı yol polisi sürücülərə alternativ yoldan istifadə etməyi tövsiyə edir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə verilən məlumata görə isə, paytaxtın Keykab xanım Səfərəliyeva küçəsinin Üzeyir Hacıbəyov küçəsi ilə kəsişməsindən Neftçilər prospekti istiqamətində aparılan təmir işləri ilə əlaqədar yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Sürücülərə alternativ olaraq Puşkin küçəsindən istfadə etmələri tövsiyə olunur.