Bakıda yoxlama olacaq

Beynəlxalq Sərgilər Bürosunun (BIE) araşdırma missiyası 17-19 apreldə Azərbaycana səfər edəcək. Bunu Trend-ə bürodan deyiblər. Məlumatda qeyd edilib: “Aprelin 17-19-da araşdırma missiyası ölkənin paytaxtı Bakının Ekspo 2025 Ümumdünya sərgisi üçün namizədliyinə müraciətin qiymətləndirilməsi üçün Azərbaycana səfər edəcək. Missiyanın səfər proqramı hazırda dəqiqləşdirilir”.

Azərbaycan 10 May -10 noyabr tarixlərində Bakı EXPO 2025 sərgisini təşkil etməyi təklif edib. Sərginin təklif olunan mövzusu “İnsan kapitalının inkişafı, daha yaxşı gələcəyin qurulması”dır.Qeyd edək ki, Yekaterinburq (Rusiya) və Osaka (Yaponiya) da Expo 2025 üçün müraciət edib. Beynəlxalq Sərgilər Bürosunun (BIE) araşdırma missiyası Yaponiyaya martın 6-8-də, Rusiyaya isə aprelin 2-4-də səfər edəcək.