“Bakıdan ancaq bu günlərdə rayonlara avtobus işləyəcək”

“Bakıdan martın 19-21 tarixində rayonlara avtobusların çıxışına icazə verilir”.

Bunu “Qafqazinfo”ya açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib. 

O qeyd edib ki, rayondan Bakıya avtobusların gəlişinə icazə verilməyəcək: “Martın 19, 20 və 21-də Bakıda olan vətəndaşlarımız rayona gedə bilərlər və həmin tarixdə Bakı Beynəlxalq Avtovağzalı işləyəcək. Amma rayondan Bakıya avtobusların gəlişinə icazə verilməyəcək. Yalnız Bakı qeydiyyatı olan vətəndaşlar qayıda bilərlər”.