Bakıdan daha 24 nəfər gəmi ilə Qazaxıstana yola salındı

COVID-19 pandemiyasının yayılma təhlükəsi səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanmasına görə, Azərbaycanda qalan daha 18 Qazaxıstan vətəndaşı və bu ölkədə yaşamaq hüququ olan 6 Azərbaycan vətəndaşı bu gün Qazaxıstana yola salınıb.

XALQ.AZ-ın məlumatına görə, bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC məlumat yayıb. 

Qeyd olunub ki, sərnişinlər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Professor Gül” bərə-gəmisi ilə yola salınıb. 

Xatırladaq ki, mayın 20-də 35 Qazaxıstan vətəndaşı və xarici ölkə vətəndaşı Bakı Limanından yola salınıb. 

Cari il mayın 13-dən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib, bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib.