Bakıdan İrəvana növbəti hərbi mesaj

“Hər bir dövlət üçün ordu quruculuğu çox vacib məsələdir. Azərbaycan üçün isə bunun əhəmiyyəti ikiqat artıqdır. Çünki biz uzun illərdir ki, müharibə vəziyyətindəyik və Ermənistan Dağlıq Qarabağ da daxil olmaqla torpaqlarımızın bir hissəsini hələ də işğal altında saxlayır. Ona görə də biz cəbhədə daim hərbi əməliyyatlara hazır olmalı, Ermənistana hər tərəfdən, o cümlədən prezident İlham Əliyevin də vaxtilə bildirdiyi kimi, hərbi təzyiq də göstərməliyik”.

Bu barədə XALQ.AZ-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, YAP-ın şöbə müdiri Aydın Mirzəzadə Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Dağlıq Qarabağ probleminin həli və ordu quruculuğu haqda səsləndirdiyi fikirlərinə münasibətində bildirib.

Millət vəkilinin sözlərinə görə, bu gün Azərbaycan ordusunun səviyyəsi, maddi-texniki və silah-sursat təchizatı günün tələblərinə cavab verir: “Silahlı Qüvvələrimiz dünyanın müxtəlif ölkələrinin orduları içində öz parametrlərinə görə, öncül yerlərdən birində qərarlaşıb. Ordumuzun bu gün ən müasir hərbi texnikaya, silahlara malik olması, gənclərimizin demək olar ki, hamısının hərbi xidmət keçməsi və digər məsələlərin hamısı gücümüzü və döyüşlərdə qələbə qazanmaq əzmimizi gücləndirir”.

A.Mirzəzadə qeyd edib ki, Dağlıq Qaranağ probleminin həlli üçün bütün variantlar, o cümlədən hərbi variant həmişə gündəlikdədir: “Ermənistan bunu bilir və bundan ciddi nəticə çıxarmalıdır. Bu gün torpaqlarımızı işğal altında saxlayan Ermənistanın iqtisadiyyatı Azərbaycanla müqayisədə zəifləyir, maliyyə vəziyyəti acınacaqlı haldadır, əhalisinin sosial vəziyyəti pisləşir və ona görə də durmadan ölkədən köçür. Ermənistanda yaxşı başa düşürlər ki, onların problemlərinin əsas səbəbi bu ölkənin büdcəsinin böyük bir hissəsinin ağır hərbi xərclərə ayrılmasıdır. Azərbaycan isə problemin həllində hərbi faktora çox böyük əhəmiyyət verir. Güclənən iqtisadiyyatımız və düşünülmüş daxili-xarici siyasət isə bizə ordu quruculuğuna daim lazımi qədər vəsait ayırmağımıza imkan verir”.

Qeyd edək ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib: “… Bununla yanaşı, təbiidir ki, biz hərbi gücümüzü də artırırıq. Bu gün beynəlxalq reytinqlərə görə, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa biz onu da edirik. Ordumuzun maddi-texniki bazası möhkəmlənir. Hərbi bazalar, şəhərciklər, hərbi hissələr yenidən qurulur, əsaslı təmir edilir. Bizim hərbi şəhərciklərimizin, bazalarımızın, hissələrimizin 80 faizi artıq beynəlxalq standartlara cavab verir. Təmirə ehtiyacı olan qalan hərbi hissələrin təmir işləri növbəti illərdə yekunlaşmalıdır. Nə qədər lazımdırsa vəsait ayrılır və ayrılacaq. O cümlədən yeni müasir silahların alınması üçün lazım olan vəsait ayrılır. Yoxsul Ermənistandan fərqli olaraq, biz öz hesabımıza yaşayırıq, o cümlədən hərbi gücümüzü öz hesabımıza artırırıq. Ermənistandan fərqli olaraq heç kimdən dilənmirik, heç kimə yalvarmırıq, kredit üçün müraciət etmirik. Ona görə Azərbaycan ictimaiyyəti və düşmən bilməlidir ki, Azərbaycan Ordusu bundan sonra da güclənəcək və istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Yaxın tarix bunu göstərmişdir