Bakıdan Sumqayıta velosipedlə gedən müğənni

S-5

Müğənni Çingiz Mustafayev şəhərin mərkəzi küçələrində velosipedlə “Star life” fotokamerasına tuş gəlib.

Axşam.az-ın məlumatına görə, hər yerə velosipedi ilə gedən sənətçi avtomobildən istifadə etmədiyini deyib:

“Bu yay xarici ölkələrdə çox oldum. Hamı harasa dincəlməyə gedir, amma mən velosiped kirayə götürüb şəhərləri gəzirəm. Florensiyadan Siena şəhərinə həmin nəqliyyat vasitəsi ilə getmişdim. Bakıdan Sumqayıta kimi də velosiped sürmüşəm. Ən çox 85 kilometr yol qət etmişəm. Əvvəl buna hobbi kimi yanaşırdım. Amma indi mənim üçün əsl ekstrim olub”.

Star

S-5

S-6