Bakıdan Suriyaya pul göndərilir

 

58

 

Vəhhabilərin hər ay pul yığaraq sözügedən ölkədə döyüşən azərbaycanlılara göndərdiyinə dair iddialar var

Azərbaycanlıların Suriyada döyüşdükləri artıq təsdiqini tapmış məlumatdır. Bu məsələ təkcə Bakıda deyil, həmçinin Şam və digər ölkələrin paytaxtlarında da müzakirə olunan məsələdir. Üstəlik, Azərbaycandan Suriyaya getmiş həmyerlilərimizin özləri üçün batalyonlar yaratdığı da təsdiqini tapmış məsələlərdəndir.

Amma indiyə qədər Bakıdan Suriyaya pul göndərildiyinə dair heç bir bilgi olmayıb. Artıq bu məsələ ilə də bağlı iddialar gündəmə gəlib. Həmin məlumatlarda deyilir ki, Azərbaycanda yaşayan vəhhabilər öz aralarında pul toplayaraq, onu Suriyayada döyüşən azərbaycanlılara göndərirlər. Bununla bağlı Bakıda Fond yaratdıqları da iddia edilir və bildirilir ki, yığılan pullar həmin fonda çatdırılır və oradan da siyahı üzrə paylaşdırılır. Məlumatlarda bu pulun kimlər tərəfindən yığıldığı və Suriyaya necə yola salındığına dair heç bir bilgi yoxdur.

Qeyd edək ki, bu yaxınlarda ölkə mətbuatında belə bir məlumat da yayılmışdı ki, vəhhabilər Ələt qəsəbəsində toplaşaraq, öz aralarında pul toplayaraq, onu Suriyada döyüşən azərbaycanlıların ailələrinə veriblər. Və bunun davamlı edilməsinin qərarlaşdırıldığı vurğulanırdı.jam.az