“BakıKart”a onlayn ödəniş nə zaman mümkün olacaq?

Bakıda sərnişin avtobuslarında istifadə edilən “BakıKart”ın onlayn ödənilməsi ilə bağlı işlər aparılır.

XALQ.AZ-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfrasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

Onun sözlərinə görə, hazırda bununla bağlı işlər görülür:

“Biz planlaşdırmışıq ki, Bakıda bütün sərnişin avtobusları kart sisteminə keçəndən sonra bu məsələ reallaşacaq. Hazırda avtobusların kartla ödənişə keçməsi ilə bağlı iş gedir”.