Bakının mərkəzində Hindistan toyu

Hindistanlı cütlük Bakının ən məşhur hotellərindən sayılan “Fairmont Baku”da üç günlük toy ediblər.

XALQ.AZ  xəbər verir ki, Maitili Saqar və Rohit Hubta cütlüyünün möhtəşəm toy mərasimi 4, 5 və 6 sentyabr tarixində baş tutub.

Mərasimdə 400-dən çox hindistanlı iştirak edib. Toyda qonaqları əyləndirmək üçün Hindistandan 100-ə yaxın müğənni, musiqiçi, rəqqasə xidmət göstərib.

Mərasim Hindistan adət-ənələrinə uyğun təşkil edilib.

Qeyd edilir ki, toyun “Fairmont Baku”da keçirilməsinə səbəb Alov Qüllələridir. Hindistanlılar oda sitayiş etdikləri üçün otelin görünüşü onlara alov dillərini xatırladır.

 

 

 

 

Orxan