Bakının nüfuzu artır

Ziyafet

 

“ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəislərinin Birləşmiş Komitəsinin sədri Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeriy Gerasimovun Bakıda görüşməsi Azərbaycan prezidenti İlham Əliyevin apardığı balanslı siyasətlə bağlıdır”. XALQ.AZ-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Azərbaycanla Rusiya və ABŞ arasında yaxşı münasibətlərin olduğunu deyən Z. Əsgərov qeyd edib ki, münasibətlər konteksindən çıxış edərkən Bakının görüş yeri kimi seçilməsi təbiidir: “Azərbaycan bir sıra regional və dünya əhəmiyyətli layihələrin müəllifidir. Bura “Bakı-Tbilisi-Qars” dəmir yolunun çəkilməsini, neft-qaz kəmərlərinin çəkilməsini aid etmək olar. Bu layihələrdə ABŞ Azərbaycana hər zaman dəstək olub. Bundan başqa Azərbcan Cənubi Qafqazın ən güclü, stabil və sabit dövlətidir. Bu meyarlardan çıxış edən ABŞ və Rusiya belə bir görüşün Bakıda keçirilməsinə qərar veriblər”.

Vitse-spiker vuğulayıb ki, hər iki ölkənin qərargah rəislərinin Bakıdakı görüşü Azərbaycana siyasi mənada çox böyük dividentlər gətirəcək: “ABŞ və Rusiya dünyanın böyük dövlətləridir. Eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədrləridir. Bu dövlətlərin baş qərargah rəislərinin paytaxtımızda görüşü rəsmi Bakının artan nüfuzundan xəbər verir və bizə əlavə nüfuz gətirəcək”.

“Generalların Bakı görüşündə Cənubi Qafqazdakı problemlər də müzakirə predmeti olub”- deyə, Z. Əsgərov əlavə edib.