Bakının yarısı susuz qalıb

su problemi

 

Bakının əksər mərkəzi rayon və prospektləri susuz qalıb. Yasamal rayonunda isə su təminatı ilə bağlı problemlər üçüncü gündür davam edir.

Bakıda su verilişindəki fasilələlər baş vermiş qəza ilə bağlıdır. Hazırda təmir işləri aparılır və yaxın vaxtlarda problem aradan qaldırılacaq. Lakin “Azərsu” təmsilçisi su verilişinin nə vaxt qaydaya düşəcəyini açıqlamayıb.