“Bakının yeni inkişaf strategiyası hazırlanmalıdır”

“Bakı yalnız inkişaf etməyib, o, keyfiyyətcə də yeni səviyyəyə sıçrayış edib”.

XALQ.AZ xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Memarlar Ittifaqı İdarə Heyətinin Bakı Şəhər Icra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə “Bakının şəhərsalma inkişafı” mövzusunda keçirdiyi plenumda deyib. Onun sözlərinə görə, son illər ərzində Azərbaycanın şəhərləri Prezident İlham Əliyevin sərəncamları ilə aparılan işlər nəticəsində ciddi şəkildə inkişaf edir.

“Bu gün Bakı ən gözəl şəhərlər sırasındadır. Bütün bunları qoruyub saxlamaq üçün yeni inkişaf strategiyası müəyyən edilməlidir. Bu gün Bakının baş planı hazırlanır. Sürətli və ciddi inkişaf yeni problemlərin yaranmasına da səbəb olur. Onları həll etmək, ehtiyacları müəyyən etmək çox vacibdir. Ciddi inkişaf, sürətli inkişaf yeni problemləri ortaya çıxardı, onları həll etmək vacibdir”.

 

Orxan


Comments are closed.