Balakəndə biznes qurumu

50

Balakən səhiyyə İdarəsi bir neçə nəfərin biznes qurumuna çevrilib

 

Balakən Mərkəzi Xəstəxanasında mənimsəmələr  və korrupsiya adi hal kimi qəbul olunur.
Balakəndən daxil olan məlumatda bildirilir ki, Balakən rayon Mərkəzi Xəstəxanasının baş həkimi Hacıömər Nuriyev rayonun bütün xəstəxanalarını və tibb məntəqədərini özəl biznes qurumu kimi çalışdırır. Maliyyə məsələlələrini tamamilə Səhiyyə İdarəsinin baş mühasibi Xədicə xanımın ixtiyarına verən baş həkim dövlətin Balakən səhiyyə idarəsinə ayırdığı vəsaitlərin böyük hissəsini mənimsəyir. Bunun üçün sadəcə saxta sənədlər hazırlanır və həkim məntəqələrinin rəhbərləri məcburən həmin sənədlərə imza atırlar. Bundan sonra isə baş mühasib vəsaitləri özü bankdan çıxarır və baş həkimə təqdim edir. Məlumatda göstərilir ki, saxta tərtib olunmuş sənədlər əsasında keçirilən maliyyə maxinasiyalarından mənimsənilən vəsaitin 10-15 faizi məhz baş mühasibə çatır. İddiaya əsasən ötən il və bu ilin ilk 4 ayı müddətində bu yolla mənimsənilən Balakən səhiyyə İdarəsində yarım milyona yaxın vəsait mənimsənilib və mənimsənilən bu vəsaitlər icra başçısı İslam Rzayev başda olmaqla bir neçə məmur tərfindən bölüşdürülür. İcra başçısına çatan payın hər ay başçının köməkçisi Aydın Xoçberova verildiyi qeyd olunur.
Daxil olan məlumata görə mənimsənilən dövlət vəsaitləri hesabına Balakən rayon Mərkəzi Xəstəxanasının baş həkimi Hacıömər Nuriyev və baş mühasib rayonun ən varlı şəxslərindən birinə çeriliblər. Belə ki, məlumata görə baş mühasibin təkcə Rafiq Səmədov küçəsində 3 ticarət obyekti fəaliyyət göstərir və daha bir ticarət obyekti isə hazırda inşa olunur. Həmin ticarət obyektlərini isə baş mühasibin həyat yoldaşı işlədir. Eyni zamanda bildirilir ki, baş mühasib cüzi maaşla dolandığını hər yerdə iddia etsə də, özü, həyat yoldaşı və oğlu 25-30 minlik maşınlarda gəzirlər.
Həmçinin məlumatda o da qeyd olunur ki, Baləkən rayon Səhiyyə İdarəsi üçün ayrılan ərzaq mallarının böyük hissəsi məhz baş mühasibin ticarət obyektlərində satılır. Bundan başqa məlumatda göstərilir ki, 180 manat maaşı olmasına baxmayaraq baş mühasibin Qazbinə kəndində böyük qoyun təsərrüfatı fəaliyyət göstərir.
Qeyd edək ki, Balakən rayonunda Mərkəzi Xəstəxana ilə yanaşı 1 Mərkəzi poliklinika, 1 qəsəbə xəstəxanası, 14 kənd həkim məntəqəsi və 16 feldşer-mama məntəqəsi fəaliyyət göstərilir. Həmçinin Balakən Mərkəzi Xəstəxanasında Kardiologiya, Anesteziologiya və reanimasiya,Təcili və Təxirəsalınmaz yardım, Urologiya, Nevrologiya, Fizioterapiya, İnfeksion xəstəliklər, Laboratoriya, Otolorinqologiya, Narkoloji, Oftolmologiya, Təcili Tibbi Yardım, Terapiya Ultrasəs müayinəsi, Cərrahiyyə Rentgenolojiya, Funksional diaqnostika, Dəri-Zöhrəvi, Qadın məstəhətxanası, Pediatriya, Doğum şöbəsi, Ftiziatriya, Ginekologiya, və Stomotologiya şöbələri fəaliyyət göstərir.
 Daxil olan məlumatda bildirilir ki, baş həkim Hacıömər Nuriyev Baləkən Səhiyyə İdarəsini sağlamlıq bazarına çevirib. Səhiyyə ocaqlarında ən adi dərman pereparatları və tibb ləvazimatlaırı tapılmadığı halda elə həmin səhiyyə ocaqlarında baş həkimə bağlı olan ayrı-ayrı tibb bacıları və həkimlər xəsğələrə baha qiymətə dərman və tibb ləvazimatları satırlar.
Qeyd edək ki, Balakən Mərkəzi Xəstəxanasının baş həkimi Hacıömər Nuriyevin yol verdyi özbaşınalıqları və korrupsiya faktları ilə bağlı məlumatlarla ikinci yazımızda tanış olacaqsınız.pia.az
Qarşı tərfin mövqeyini dərc etməyə hazırıq…