Balayevin qollarını burub, yerə uzadıblar… – Qanlı tarix

Xalq artisti Rasim Balayev 1990-cı ilin 20 yanvar günü Bakıya girən sovet əsgərləri tərəfindən saxlanılıbmış.

XALQ.AZ-ın verdiyi məlumata görə, bu barədə ATV-də 20 Yanvar hadisələrinə həsr olunmuş verilişdə bildirilib. Qeyd olunub ki, həmin gün Rasim Balayev Moskvadan qayıdırmış. Onun qolları burulub, yerə uzadılıb, bütün əşyaları yoxlanılıb.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, SSRİ rəhbəri Qorbaçovun qanunsuz və qeyri-insani qərarı ilə Sovet ordusu dinc Azərbaycan əhalisinə qarşı hərbi əməliyyatlara başlayıb. Dinc sakinlərə açılan atəş nəticəsində içlərində uşaq və qocaların da olduğu 137 insan öldürülüb, 744 adam ağır xəsarət alıb, 841 nəfər isə qanunsuz olaraq həbs edilib.