“Bandotdel” əməliyyat keçirdi, silahlı şəxs saxlanıldı

1594891952 band

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Sumqayıt şəhərində əməliyyat keçirib.

XALQ.AZ xəbər verir ki, idarə əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər 6 dəfə məhkum olunmuş R.Əliyev həbs edilib.

Ondan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 6 ədəd patron götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.