“Bandotdel” əməliyyat keçirdi

14

 

Bakının bir neçə rayonunda qanunsuz mərcxanalar aşkarlanıb.

Xalq.az  ANS PRESS-ə istinadən məlumatına görə, əməliyyat Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (xalq arasında daha çox “bandotdel” kimi tanınır) əməkdaşları tərəfindən həyata keçirilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində məlum olub ki, Emin Əliyev Tapdıq Fərəcov, Elşad Seyidov, Ağacan Nərimanov, Əfqan Xəlilov və Fərdi Mehdiyevlə birgə paytaxtın bir çox yerində qanunsuz obyekt saxlayırmış. Onların Nəsimi, Səbayel, Yasamal və Xətai rayonlarının ərazisində yerləşən obyektlərdə qanunsuz idman mərc oyunları təşkil etmələri müəyyən edilib.

Obyektlərə baxış zamanı müştərilər tərəfindən alınmış 229 ədəd qəbz kötüyü, onların qeydiyytının aparılması üçün 5 kompüter dəsti, 10 ədəd televizor, 5 ədəd printer, 1 ədəd modem və 2630 manat pul aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.