media-bank
Bu ilin I rübündə “Bank Avrasiya”nın cəmi öhdəlikləri 109 milyon 905 min manat təşkil edib.
Bank Avrasiya, bank, Sumgayıt, Azərbaycan prospekti, 4 — Yandex Maps
XALQ.AZ xəbər verir ki, bu barədə FED.az bankın rüblük hesabatına istinadla məlumat yayıb.
Bildirilib ki, bu da ötən ilin sonu ilə müqayisədə 6 milyon 427 min manat və ya 6% azdır.
Hesabat dövründə bankın depozit portfeli də 5 milyon 635 min manat və ya 9% kiçilərək 57 milyon 380 min manata düşüb.
Depozit portfelinin 54 milyon 209 min manatını fiziki şəxslərin əmanətləri, 3 milyon 171 min manatını isə hüquqi şəxslərin depozitləri təşkil edib.
Fiziki şəxslərin depozitləri 2 milyon 239 min manat və ya 4%, hüquqi şəxslərin depozitləri cəmi 3 milyon 396 min manat (2 dəfə) kiçilib.
 media-bann
Qeyd edək ki,  “Bank Avrasiya” ASC-nin müşahidə şurasının sədri Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının keçmiş sədri Rüfət Aslanlının qardaşı  Fuad Aslanovdur.

 


media-ads728x90

Bənzər xəbərlər