“Bank Avrasiya” da çöküşə doğru gedir… – Gəlirləri azalıb

“Bank Avrasiya” ASC 2018-ci ilin 9 ayını vergi və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək 2 milyon 674 min manat xalis mənfəətlə başa vurub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon 316 min manat azdır. Belə ki, “Bank Avrasiya” 2017 ci ilin 9 ayını 10 milyon 990 min manat xalis mənfəətlə başa vurmuşdu.
Bankın Bütün Gəlirləri Azalıb

Bankın maliyyə hesabatlarında qeyd olunub ki, cari ilin yanvar-sentyabr aylarında “Bank Avrasiya”nın cəmi gəlirləri 10 milyon 100 min manat, o cümlədən faiz gəlirləri 9 milyon 98 min manat, qeyri-faiz gəlirləri isə 1 milyon 2 min manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın cəmi gəlirlərinin 1 milyon 415 min manat (12,2%) azaldığını göstərir. Faiz gəlirləri 417 (4,4%) min manat, qeyri-faiz gəlirləri 998 min manat (2 dəfəyə yaxın) azalıb.

Bankin Əməliyyat Mənffəti də Azalıb

XALQ.AZ xəbər verir ki, cari ilin 9 ayı ərzində “Bank Avrasiya” 10 milyon 100 min manat cəmi gəliri əldə etmək üçün 5 milyon 453 min manat xərc çəkib və nəticədə bankın 4 milyon 646 min manat xalis əməliyyat mənfəəti qalıb.

Ötən ilin 9 ayında “Bank Avrasiya” 11 milyon 515 min manat cəmi gəliri əldə etmək üçün 5 milyon 339 min manat xərc çəkmiş və nəticədə bankın 6 milyon 177 min manat xalis əməliyyat mənfəəti əldə etmişdi. Gəlirlərin azalmasına qarşı xərclərin artması Bankın əməliyyat mənfəətinin azalmasına səbəb olub.

Aktivlər Və Kreditlər Artıb

Ötən ilin 30 sentyabrına olan göstəricilərə görə “Bank Avrasiya” 164 milyon 765 min manat cəmi aktivlərə (o cümlədən 92 milyon 547 min manat müştərilərə verilən kreditlər və 35 milyon 801 min manat qiymətli kağızlara investisiya), 103 milyon 257 min manat cəmi öhdəliklərə və 61 milyon 508 min manat balans kapitalına malik olub.

30 Sentyabr 2018-ci il tarixində “Bank Avrasiya” 153 milyon 355 min manat cəmi aktivlərə (o cümlədən 86 milyon 780 min manat müştərilərə verilən kreditlər və 24 milyon 380 min manat qiymətli kağızlara investisiya), 89 milyon 469.7 min manat cəmi öhdəliklərə və 63 milyon 886.1 min manat balans kapitalına malik idi.

Bankın Məcmu Kapitalı da Azalıb

“Bank Avrasiya”nın məcmu kapitalı azalıb. Belə ki, bankın cari ilin yanvar-sentyabr aylarına olan hesabatında qeyd olunub ki, bankın hazırda 61 milyon 102 min manat məcmu kapitalı var. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 175 min manat azdır. “Bank Avrasiya” ötən ilin yanvar-sentyabr aylarında 63 milyon 277 min manat məcmu kapitala sahib olub.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.