“Bank BTB”də yeni təyinat olub

“Bank BTB” ASC-nin Hüquq departamentinə yeni direktor təyin edilib.

XALQ.AZ xəbər verir ki, bu vəzifə Vüsal Ələkbərova həvalə olunub.

O, “Bank BTB”nin bütün hüquqi, o cümlədən məhkəmə işlərinə nəzarət edəcək. V.Ələkbərov bundan əvvəl “Bank Respublika” ASC-də eyni sahədə fəaliyyət göstərib.