Bar və restoranlarda siqaretə qadağa

Siqaret-1

Rusiyada bar və restoranlarda siqaretə qadağa qüvvəyə minir.

XALQ.AZ-ın məlumatına görə, iyunun 1-dən ölkədəki 44 milyon siqaret çəkən həmin məkanlarda bu imkandan məhrum olacaq.

Prezident Vladimir Putinin tətbiq etdiyi qadağanın məqsədi sağlam həyat tərzinin təbliğidir. Ötən il hökumət binalarında siqaret yasaqlanmışdı. İndi bu sıraya restoranlar, barlar, otellər, qatarlar qoşulur.

Mağazalarda vitrinə siqaret qoyulmur, köşklərdə satılmır.

Dövlət Dumasının Səhiyyə Komitəsinin rəhbəri Sergey Kalaşnikov deyib ki, qanuna əməl etməyənlər cəzalandırılacaq.

Restoran və bar sahibləri qadağaya qarşı çıxırlar, 82 faiz deyir ki, müştərilərin sayı azalacaq.