Barak Obama ilə həyat yoldaşı belə rəqs etdi – VİDEO

ABŞ-ın keçmiş prezidenti Barak Obama həyat yoldaşı Mişellə Beyons və Jay-Z-nin çoxdan gözlənilən konsertində iştirak edib.

XALQ.AZ xəbər verir ki, Beyonsla Jay-Z-nin bərabər şousu artıq bütün dünyada məşhurlaşmaqdadır. Onları izləmək üçün tez-tez digər ulduzlar da gəlir. Avropada çıxış edəndən sonra ABŞ-a dönən pop-diva Merilend ştatında konsert proqramı ilə çıxış edib. Bu dəfə Beyonsla Jay-Z-ni izləməyə gələnlər arasında ABŞ-ın keçmiş prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obama gəlib. Mahnıların ritmləri məşhur cütlüyü oynamağa sövq edib. Beyonsun fanatları isə dərhal onların rəqsini telefona çəkiblər və sosial şəbəkə hesablarında paylaşıblar.

Orxan