“Barselona” 16 yaşlı futbolçunu transfer edib

İspaniyanın “Barselona” klubu növbəti transferini rəsmiləşdirib. 

XALQ.AZ xəbər verir ki, Kataloniya klubu “Las-Palmas”ın gənc futbolçusu Pedri ilə müqavilə imzalayıb. 

16 yaşlı istedad gələn il “Barselona”ya qoşulacaq. Onunla 2+1 illik müqavilə imzalanıb. “Las-Palmas” bu transferdən 5 milyon avro əldə edib. Yarımmüdafiəçinin gələcək satışından 15 faizi də sabiq komandasına çatacaq. 

Qeyd edək ki, cari mövsümdə Pedri “Las-Palmas”ın heyətində 3 oyun keçirib.