“Barselona” FİFA-ya etiraz etdi

FIFA

2009 – 2013-cü illərdə 18 yaşına çatmamış futbolçuların transferində FIFA qaydalarının və tələblərinin pozulması səbəbi ilə ali qurum tərəfindən 14 aylıq transfer qadağası alan “Barselona” bu qərara etiraz edib.

Xalq.az-ın məlumatına görə, Kataloniya klubu məlum cəza səbəbindən Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edəcək.

Klubun rəsmi saytı vasitəsi ilə qeyd olunan etirazda bildirilir: “Messi, Xavi, Puyol kimi ulduz futbolçuların yetişdiyi “La Masia” adlı “Barselona” futbol məktəbində idman qaydalarına zidd heç bir hərəkətə yol verilməyib. Məhz buna görə də biz öz haqqlarımızı qoruyacağıq. İstər FİFA, istərsə də CAS-a şikayətlərimizi ünvanlayacağıq”.