“Barselona”da yeni məşqçi

2

Ötən illərin əfsanəvi futbolçusu Luis Enrike “Barselona” klubuna baş məşqçi təyin edilib.

XALQ.AZ-ın məlumatına görə, bu barədə katalon klubunun rəsmi saytı xəbər yayıb.

44 yaşlı ispan məşqçisi ilə iki illik müqavilə imzalanacaq.

Qeyd edək ki, uzun illər “Barselona”nın şərəfini qorumuş Luis Enrikenin son iş yeri ötən mövsüm İspaniya çempionatında doqquzuncu yeri tutan “Selta” olub.

“Barselona” sonuncu oyunda “Atletiko” ilə 1:1 hesablı heç-heçə oynayaraq çempionluqdan əlini üzdükdən sonra klubun argentinalı baş məşqçisi Xerardo Martino istefaya verib.