Baş həkim həbs edildi-Yenilənib

habss

Diaqnostika Mərkəzinin müdiri Ş.Həsənov isə həbs edildi

Bu gün Qazax Rayon Diaqnostika Mərkəzinin müdiri Şahin Həsənov cərrahiyyə şöbəsinin müdiri Vasif Pirvəliyevi klinikada bıçaqlayıb.

Bu barədə musavat.com-a yerli mənbədən verilən xəbərə görə, hadisə şəxsi zəmində baş verib və V.Pirvəliyev dərhal cərrahiyyə əməliyyatına göndərilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Diaqnostika Mərkəzinin müdiri Ş.Həsənov isə həbs edilib.

Məlumata görə, Ş.Həsənov Qazaxın icra başçısının müavini Gülayə Həsənovanın qardaşıdır.


Qazax Polis İdarəsi yazılanları təkzib edib.

Bir neçə saat əvvəl Qazax Rayon Diaqnostika Mərkəzinin şöbə müdiri Şahin Həsənovun cərrahiyyə şöbəsinin müdiri Vasif Pirvəliyevi klinikada bıçaqlaması barədə məlumat yayılıb.

Xəbəri araşdırmaq üçün AzVision.az Qazax Rayon Polis İdarəsi ilə əlaqə saxlayıb. İdarədən həkimlər arasında dava düşdüyünü təsdiqləsələr də, bıçaqlanma versiyasını təkzib etdilər :Bıçaqlanma baş verməyib, həkimlər dalaşıblar, işçiləri göndərmişik,araşdırma aparılır.