Baş həkimdə koronavirus aşkar edildi

Koronavirusa yoluxmuş xəstələrin müalicə olunduğu Kommunarkdakı Moskva xəstəxanasının baş həkimi Denis Protsenkonun, koronavirusa yoluxub.

Bu barədə “Rossiya 24” televiziya kanalında məlumat verilib.


Həmkarlarının dediyinə görə, Protsenkonun vəziyyət qənaətbəxşdir.
Rusiyada son bir gündə 500 yeni virusa yoluxma hadisəsi aşkar edilib. Martın 31-nə qədər yoluxmuş vətəndaşların ümumi sayı 2337 nəfərə çatmışdı. Rusiyanın 50-dən çox bölgəsində vətəndaşların yalnız vacib səbəb olarsa, evdən çıxma icazəsi var.