Baş nazir hərbi vəziyyətlə bağlı qərar imzaladı

XALQ.AZ xəbər verir ki, Baş nazir Novruz Məmmədov hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi qaydalarla bağlı qərar imzalayıb.

Bununla bağlı qərarla “Hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”ın təsdiq edilməsi haqqında “Telekommunikasiya haqqında” Qanununda dəyişikliklər edilməsi barədə” 2018-ci il 1 may tarixli Qanununun tətbiqi və “Telekommunikasiya haqqında” Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Prezidentinin 2005-ci il 9 avqust tarixli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Prezidentinin 2018-ci il 25 iyun tarixli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə “Hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar” təsdiq edilib.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.