Baş nazir istefa verdi

 

45

 

Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili siyasətdən getdiyini açıqlayıb. Xalq.az xəbər verir ki, o, bu bəyanatla “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının qurultayında çıxış edib.

“Mən çox effektli hökumət qoyaraq siyasətdən gedirəm. Söz verirəm ki, azı 20 il xalqa xidmət edəcəm. Sizinlə birlikdə hakimiyyətin xalqa xidmət etməsi üçün çalışacam”, – Bidzina İvanişvili deyib.

İvanişvili bildirib ki, partiyanın sədri hazırkı baş nazir İrakli Qaribaşvili olacaq.