Baş Nazir koronavirusdan sağaldı

Böyük Britaniyanın Baş Naziri Boris Consonun sonuncu koronavirus analizi nəticə verib.

XALQ.AZ xəbər verir ki, Baş Nazirin rəsmi nümayəndəsi onun tam sağaldığını deyib.

B.Consonun yaxın zamanlarda fəaliyyətini bərpa edəcəyi gözlənilir.

Qeyd edək ki, Baş Nazir bir həftəni xəstəxanada keçirdikdən sonra ötən gün evə buraxılıb. Bu müddət ərzində o, bir neçə gün reanimasiyaya da yerləşdirilib.