Baş nazir Milli Məclisdə hesabat verəcək

Milli Məclisin martın 16-da keçiriləcək iclasının gündəliyi məlum olub.

İclasın gündəliyinə 1 məsələ daxil edilib. Bu, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatı”dır.

İclasda deputatlar Nazirlər Kabinetinin son bir illik fəaliyyətini müzakirə edəcək, müvafiq təkliflər səsləndiriəcəklər.

Parlamentdə hökumətin 2017-ci ilin yekunlarına dair hesabat məruzəsini Baş nazir Artur Rasizadənin edəcəyi gözlənilir