Baş nazir: “Prezidentin etimadını doğrultmağa çalışacam”

“Prezidentin yüksək etimadını doğrultmaq üçün bundan sonra da var qüvvəmlə çalışacağam”

 

XALQ.AZ xəbər verir ki, bunu baş nazir Novruz Məmmədov facebook səhifəsində yazıb.

“Baş nazir təyin olunmağım münasibətilə mənə ünvanlanan təbriklərinizə, xoş söz və arzularınıza görə hər birinizə minnətdarlığımı bildirirəm. Möhtərəm Prezidentimizin yüksək etimadını doğrultmaq üçün bundan sonra da var qüvvəmlə çalışacağam. Fürsətdən istifadə edərək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar hamınızı təbrik edirəm!”, – baş nazir qeyd edib.

 

 

Orxan