Baş nazir qərar imzaladı: Oktyabrın 1-dək uzadıldı

ali

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilib. 

XALQ.AZ-ın məlumatına görə, Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən,

yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il oktyabrın 1-dək olan müddət üçün ödəniləcək.

Qeyd edək ki, bu müddət 2020-ci il iyulun 1-dək müəyyən edilmişdi.