Baş nazir sərəncam imzaladı

Baş nazir Novruz Məmmədov sərəncam imzalayıb.

XALQ.AZ xəbər verir ki, Baş nazir Novruz Məmmədov “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi barədə” sərəncam imzalayıb.

Sərəncama əsasən “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı” təsdiqlənib.

Tədbirlər Planında nəzərdə tutulan tədbirlər Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində aidiyyəti icraçı qurumlar üçün ayrılan vəsaitlər və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçiriləcək. Sərəncamın icrasına nəzarət Nazirlər Kabineti Aparatının humanitar və sosial məsələlər şöbəsinə tapşırılıb.




Orxan

Comments are closed.